Müdir

       Tariyel İntiqam oğlu Əkbərov 02 mart 1979-cu ildə Masallı rayon Şıxlar kəndində anadan olmuş. 1996-cı illərdə Ərkivan qəsəbə 3 saylı tam orta məktəbini bitirmişdir.1996-2000-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində oxumuş və mühəndis İqtisadiyyatı üzrə bakalavr dərəcəsi almışdır.2000-2001-ci illərdə hərbi xidmətdə olmuşdur. 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının yenidənhazırlanma kursunda olmuş və riyaziyyat və informatika müəllimi ixtisasına yiyələnmişdir. 2003-2007-ci illərdə Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti Şöbəsində böyük mühəndis vəzifəsində işləmişdir. 2007-2010-cu illərdə isə 2 saylı Şıxlar kənd ümumi orta məktəbində direktor işləmişdir. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində oxumuş və riyaziyyat müəllimi ixtisası üzrə ikinci ali təhsil almışdır.2010-cu ildən Masallı RTŞ-də müdir müavini vəzifəsində çalışmış, və hazırda Masallı RTŞ-nin müdiridir.

Ailəlidir,3 övladı var.


Açar sözlər: