Azərbaycanda sovet hakimiyyəti qurulana qədər Masallı   ərazi vahidi kimi Lənkəran qəzasının tabeliyində olmusdur. 1930-cu ildən Masallı inzibati rayon kimi fəaliyyət göstərməyə başlamışdır. Rayonda təhsil strukturunun təşkili  1932-ci ilə  təsadüf edir. Həmin il  Masallı rayon İcraiyyə Komitəsinin nəzdində  Xalq Maarif Şöbəsi yaradılır. Rayon Maarif Şöbəsinin müdiri  vəzifəsinə ilk dəfə Ağababa Adığözəlov  təyin edilmişdir. Sonrakı illərdə Əhməd Əhmədov,Saleh Zeynalov,Qurban Mürşüdov,Vələhəd Quliyev,Hüseynbala Əhədov,Şirəli Əhədov,Ədalət Nemətov,Nurəddin Məlikov ,Astan İbişov bu quruma rəhbərlik etmişlər. Hazırda Masallı RTŞ-nin müdiri Əkbərov Tariyel İntiqam  oğludur.Rayonda 65 tam orta,30 ümumi orta məktəb faliyyət göstərir.3 ibtidai,3 məktəbdənkənar müəssisə  fəaliyyət göstərir.Rayonun ümumi təhsil  müəssisələrində 29199 şagirdin tərbiyəsi  ilə 2472müəllim məşğul olur.Ali təhsilli 1563,orta ixtisas təhsilli  909 müəllim fəaliyyət göstərir.