Mahmudavar kənd tam orta məktəbi

           Mahmudavarda təhsil və məktəbin təşəkkülü əsasən 30 – cu illərin mədəni inqilabından başlayır. 
           Keçən əsrin 20- 30 – cu illərində kəndimizdə az da olsa, savadlı, təhsilli adamlara rast gəlinirdi. Rəzzaq Əliquliyev kəndin savadlı adamlarından biri idi. R.Əliquliyevin zəngin şəxsi kitabxanası olmuşdur. R.Əliquliyev təhsilli idi, yazı- pozunu yaxşı bildiyinə görə ona ‘mirzə’ deyə müraciət edirdilər.
Mahmudavar məktəbi sovetləşmə illərində təşkil olundu və bu təhsil ocağı savadsızlığın ləğvində əhəmiyyətli rol oynadı.Məktəbin rəsmi açılışı 1930– cu ilin 15 sentyabrında olmuşdur. Məktəbin ilk müəllimi Lənkəran rayonunun Gərmətük kəndində yaşayan fizika – riyaziyyat müəllimi Əbülqasım Qasımov idi. ‘Okruq’ ( dairə - M.M ) Maarif Şöbəsinin 31 avqust 1930 – cu il 143 № - li əmrinə əsasən 15 sentyabr 1930 – cu ildən 01 sentyabr 1931 – ci ilə kimi Əbülqasım Qasımov Mahmudavar məktəbində müdir və müəllim vəzifəsində işləmişdir.
           Mahmudavarda 1930 – cu ildə açılan ikisinifli məktəbdə oğlan və qızlardan ibarət 50 şagird təhsil almış, dərslər talış dilində, latın əlifbası ilə aparılmışdır. İlk Mahmudavarlı müəllim Layə Əhmədova pedoqoji fəaliyyətə 1933 – cü ildə Bədəlan kəndində başlamışdır. 1924 – cü ildə Lənkaranda açılmış pedoqoji texnikum Mahmudavarlı gənclərin pedoqoji təhsilə, şərəfli peşə olan müəllimliyə marağının artmasında müstəsna rol oynadı. 30-40 – cı illərdə Layə Əhmədova, Nəcəf Məmmədov Həşim Cəfərov, Xanibəyi Səfər, Əbdül Ağayev və başqaları pedoqoji texnikum və digər təhsil ocaqlarında müəllimlik peşəsinə yiyələnərək gənclərin elmə, təhsilə və əxlaqa yiyələnməsində mühum rol oynamışlar.
            50 – 60 – cı illərdə kəndimizdə ali təhsilə maraq artmağa başladı, yeni müəllimlər nəsli yarandı.Bu nəsli Ağarəhim Ağayev, Əhməd Sadıqov, Baxşəli Nəsirov, Sahib Əzizov, Qəzənfər Cəbiyev, Qulam Fəttayev, Əbdülrza Əhmədov və başqaları təmsil edirdilər.
             60 – cı illərin ortalarından 70 - ci illərin əvvələrinədək Mahmudavar məktəbinin uğurları artmağa başladı. Bu dövrdə müəllimlik peşəsinə maraq daha yüksək idi. Aydın Əliquliyev, Müzəffər Cahangirov, Hidayət Tahirov, Xanağa Əliyev, Həsənağa Cavadov, Gülqasım İsgəndərov, Allahverdi Bayramov, Şahab Əsgərov, Zemfira Şahverdiyeva, Şəmsurə Ağayeva, Dövlət Fəttayev, Hacırza Ağayev və başqaları müəllimlər ordusuna daxil oldular.

            Mahmudavar kənd tam orta məktəbinin tanımış məzunlarından:

           1.Rahib Əliyev- ATU - nun professoru 
           2.Mehman Ağaye- Tibb elemlər doktoru, uroloq
           3.İmran Əbilov - Kənd Təsərrüfatı nazirinin heyvandarlıq üzrə I müavini 
           4.Şahrza Ağayev - Müəllimləri Təkmilləşdirmə İnstitutunun dosenti
           5.Elxan İsaqov - Kimiya elmlər namizədi ( aşqarlar kimyası) 
           6. Rəfayıl Eyvazov - Tibb elmləri namizədi, 
           7.Ramazan Əliyev - Əmlak Nazirliyində sektor müdiri 
           8. Musarza Mirzəyev - əməkdar müəllim, 7 kitabın müəllifi.
           9. Habil Fəttayev - BDU – nun mexanika- riyaziyyat fakültəsinin müəllimi.

           Bu gun Mahmudavarda məktəb, maarif, təhsil sahəsində böyük uğurlar əldə edilmişdir. 
           Mahmudavar kənd tam orta məktəbinin tarixində son 40 ildə Qulamhüseyn Əliyev( Türkoba) Firudin Mirzəyev ( Hişkədərə), Hacımməməd Qasımov, Muqbil Ağayev, Əbdül Gözəlov, Paşa Məmmədov, Rəhman Salayev (Rüdəkanar), Sayad Cəfərov ( Boradigah) , Şahab Əsgərov məktəb direktorları kimi yadda qalmışlar.
Hazırda bu təhsil ocağına Mahmudavar tam orta məktəbinin məzunu olmuş ,BDU – nun kimya fakultəsini bitirmiş Kinəxanım Rüstəm qızı Əliyeva rəhbərlik edir.
Məktəbdə 400 - ə yaxın şagird təhsil alır. Bu şagirdlərin təlim – tərbiyəsi ilə 44 müəllim məşqul olur. Pedoqoji kollektivdə Qumru Əhmədov, Musarza Mirzəyev, Adilə Abdullayeva, Abbasqulu Səttarov, Kərim Rəhimov kimi ixtisaslı pedaqoqlar fəaliyyət göstərirlər. 
            2010 – cu ildə Musarza Əliyev’’ muzeyi yaradılmışdır. Muzeydə H. Əliyev irsinin və siyasi kursunun şagirdlərə öyrədilməsinə dair hər bir material və çoxcildli kitablar vardır.

Məktəbdə tədrisin keyfiyyətinə diqqət artırılır. Bunun nəticəsidir ki, ali məktəblərə qəbulla bağlı ildən ilə daha böyük uğurlar əldə edilir . Xaricdə təhsil alanların ( Turkiyə, Rusiya, və Ukraynada) sayı da artmışdır.


Açar sözlər: