“Ölkəmizi tanıyaq” devizi altinda tur-aksiya.

Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi altinda tur-aksiyanin növbəti mərhələsi təşkil olunmuşdur . 

Masallıda “Breyn rinq ” intellektual bilik yarışı üzrə rayon birinciliyi.

 

       22 sentyabr 2017-ci il tarixdə Masallı rayon Təhsil şöbəsi və Gənclər və İdman İdarəsi ilə birlikdə  “ASAN həyat” kompleksində yerləşən “ASAN İntellektual” inkişaf mərkəzində Masallı ümumtəhsil məktəbləri arasında “Breyn rinq ” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.

Molla Pənah Vaqifin 300 ilik yubileyi .

        05 may 2017-ci il tatixdə  Masalli şəhər 3 saylı tam orta məktəbdə  XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Molla Pənah Vaqifin (1717-1797) 300 ilik yubileyi ilə əlaqədar  ədəbi - bədii gece keçirilmisdir.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü anıldı. 

 07 fevral 2017-ci il tarixində Təzə Alvadı kənd 1 saylı tam orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü anıldı.

Məktəbdənkənar fəaliyyətin istiqamətləri 

 

Məktəbdənkənar fəaliyyətin istiqamətləri təhsil müəssisələrində məktəbdənkənar təhsil siyasətinin formalaşdırılmasında iştirak etmək, təhsil müəssisələrində məktəbdənkənar təhsilin istiqamətləri üzrə işləri tənzimləmək, təhsil müəssisələrində tərbiyə işinin təşkilinə və məktəbdənkənar təhsil sahəsinə dair mövcud qanunvericiliyin yerinə yetirilməsinə ümumi rəhbərliyi həyata keçirməkdir.

Başlıca vəzifə isə məktəbdənkənar təhsilin prioritet istiqamətlərinin formalaşdırılması və bu istiqamət üzrə müvafiq zəruri tədbirlərin həyata keçirilməsi, uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının müəyyənləşdirilməsi və оnların yaradıcılıqlarının, asudə vaxtlarının təşkili, şagirdlərin tərbiyəsi, onların zərərli vərdişlərdən qorunması ilə bağlı maarifləndirmə    mexanizmlərinin təşkil edilməsi və daim təkmilləşdirilməsindən ibarətdir.

      Məktəbdənkənar müəssisələr

      Masallı  Rayon Təhsil Şöbəsinin tabeliyində 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

      Təhsil Nazirliyi əməkdaşlarının Masallı rayonunda görüşü.

           25 may 2016-cı il tarixdə Yardımlı, Masallı, Cəlilabad rayonlarının təhsil işçiləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin aşağıda adları göstərilən məsul işçilərinin  görüşü  keçiriləcəkdir.