Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü anıldı. 

     07 fevral 2017-ci il tarixində Təzə Alvadı kənd 1 saylı tam orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü anıldı. Tədbirdə Masallı rayon Təhsil Şöbəsinin nümayəndəsi Abbas Abbaszadə,Azərbaycan Vətən uğrunda “Şəhid ailələri” ictimai birliyinin rəhbəri Yavər Yusubov və məktəbin müəllimşagird kollektivi iştirak edirdi. Tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Tədbiri məktəbin direktoru Möhsüm Süleymanov açıq elan edərək, qəhrəmanımızın keçdiyi xidmət  yolundan danışdı. Tədbirin təşkilatçıları - müəllim Səfərov Fərahim və X sinif şagirdləri Kazımov Qüdrət, İbadullayev Elçin, Quluzadə Toğrul, Həsrətli Aygün, Həsənova Meyram və digərləri Milli Qəhrəmanın həyatını əks etdirən səhnəcik və şeir parçaları ilə Mübariz İbrahimovu yad etdilər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Açar sözlər: