Ağac əkini   kompaniyasında .

 

          “Əhalinin ekoloji təhsil və maarifləndirilməsi haqqında “Azərbaycan  Respublikasının qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədi ilə cari tədris ilində bir sıra tədbirlərin həyata  kecirilməsi davam etdirilir.

         1 aprel 2017-ci il tarixdə təşəbbüscüsü H.Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyeva olan , ətraf mühit üzrə beynəlxalq İDEA kompanıyasının irəli sürdüyü “Məktəb bağları”adlı layihə cərcivəsində respublikamızın bir cox məktəblərində, o cümlədən Masallı rayonunun beş məktəbində (Masallı şəhər 1 saylı, Masallı şəhər 3 saylı, Bədəlan kənd tam orta məktəblərində, Dəlləkoba və Mahmudavar kənd ümumi orta məktəblərində) 500 ədəd  meyvə ağacı əkilmişdir.

          Ağac əkini kompaniyasında Masallı RİH-nin ,  Masallı RTŞ-nin əməkdaşları, məktəb kollektivləri  və şagirdləri iştirak etmişlər.


Açar sözlər: