Molla Pənah Vaqifin 300 ilik yubileyi .

         05 may 2017-ci il tatixdə  Masalli şəhər 3 saylı tam orta məktəbdə  XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Molla Pənah Vaqifin (1717-1797) 300 ilik yubileyi ilə əlaqədar  ədəbi - bədii gece keçirilmisdir.Tədbirdə VI- XI sinif şagirdləri  iştirak edirdi.

         Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.Bu gün də şagirdlərimiz onun  yazdığı qəzəlləri, təcnisləri, müxəmməsləri, müstəzadlari, müəşşərələri, müşairələri və məsnəviləri sevə- sevə oxuyurlar.Bu gunkü tədbirdə də aşağıda adları çəkilən şagirdlərimiz xüsusi milli geyimlərdə fəal iştirak etdilər.Molla Pənah Vaqifin yazdığı əsərləri və onlara yazilan mahnilari boyuk məharətlə ifa etdilər.Tədbir Səməd Vurğunun məşhur “Vaqif”drami ilə yekunlaşdi.Şagirdlər tam  əsəri bütövlükdə yüksək səviyyədə təqdim etdilər.

     Tədbirin aparıcısı  XI  sinif şagirdi Seyfullayeva Aydan idi.VI sinif şagirdlərinden Xudaverdiyeva Leyla,Məmmədova Alidə,Abbasova Natəvan, Qurbanova Leyla,Səfərov Səid  daha fəal idilər.  VII  sinif sagirdlərindən Sükürlü  Kənan –Vaqif ,Yaqubzadə Aydan -Tukəzban ,Manafli Sadiq –Qacar xan, Hüseynov Rəvan-Şeyx ,Cəbiyeva Ulviyyə-Əminə xala,

Cəfərova  Mehriban- Gülnar ,Əbülfəzova Aysun-Xuraman ,VI sinif şagirdlərinden Abdullayev Mirəli,-Vidadi ,Məmədov İltifat-Əlibəy, Dadaşov Fəraiz-İbrahim xan,Həsənov Əli –Vəzir,Dadaşova Xatirə-Xanəndə  rollarını cox gozəl  ifa etdilər.

      Tədbirdə RTŞ-nın metodisti M. Əzimova, Masalli şəhər 3 saylı tam orta məktəbin drektoru A. İbişov, məktəbin muəllimləri ,sagirdləri və valideynlər istirak edirdilər. 


Açar sözlər: