Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi altinda tur-aksiyanin növbəti mərhələsi təşkil olunmuşdur . Aksiyanın məqsədi ümumtəhsil məktəblərinin sagirdlərini Respublikamızın regionları ilə tanış etməkdir . Bu il təskil olunan aksiya çərçivəsində Masallı rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət 40 nəfərlik nümayəndə heyəti və 5 nəfərlik təhkimçi heyət 11-14 noyabr 2017 -ci il tarixində “ Ölkəmizi tanıyaq” VIII tur –aksiyası ilə əlaqədar Gəncə,Göygöl və Şəmkir şəhərlərinə səyahət edərək , bu şəhərlərin tarixi abidələri və təbii mənzərələri ilə tanış olmuşlar.