Masallıda "Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması" mövzusunda tədbir keçirildi.

          02.03.2017-ci il tarixdə  “Dəfinə” məktəb-liseyində Masallı Rayon Polis Şöbəsi, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilmişdir. Maarifləndirmə məqsədi daşıyan tədbirdə “Dəfinə” məktəb-liseyinin müəllim və şagird heyəti, Masallı Rayon Polis Şöbəsi, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Təhsil Şöbəsinin rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Tədbiri Masallı şəhər “Dəfinə” məktəb-liseyinin direktoru Taleh Əkbərov açaraq gənclərin zərərli vərdişlərə aludəçilinin törətdiyi fəsadlardan, eləcə də radikalizmin cəmiyyətdə gənclərin mənəvi-əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu qeyd etmişdir. Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxışında narkomaniya və digər zərərli vərdişlər insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu vurğulamışdır. DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açmışdır. Bu cür bəlalarla mübarizədə ictimai qınağın önəmliyini diqqətə çatdıran natiq həmçinin erkən nikahların qaşısının alınmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü gündəmə gətirmişdir. Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, “Dəfinə” məktəb-liseyinin müəllimləri Əhməd Məmmədov, Rasif Cabbarov və başqaları çıxışlarında “ağ ölüm”lə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə kitabxanalar, idman təşkilatları, eləcə də ictimaiyyətin rolu üstünlüyündən danışmışlar. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırlmış, mövzu ilə bağlı videoçarx nümayiş etdirilmişdir. 


Açar sözlər: