09.06.2021

"Uşaqların dispanserizasiyaya cəlb edilməsi” mövzusunda tədbirlər keçirilib

Rayonu ümumi təhsil məktəblərində Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 393 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun "Uşaqların dispanserizasiyaya cəlb edilməsi məqsədi ilə əhali arasında xəstəliklərin risk amillərinə dair müvafiq mövzular üzrə maarifləndirmə işinin həyata keçirilməsi" mövzusunda tədbirlər keçirilib. Tədbirlərdə bu qanunun vacibliyi şagirdlərin nəzərinə çatdırılmaqla yanaşı uşaqlararın dispanserizasiyası ilə bağlı onlara əlavə məlumat verildi. Uşaqların dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu və onların sağlamlığının dövlətimizin prioritet məsələsi olduğunu xüsusi qeyd edilmişdir.


Açar sözlər: