10.06.2021

"Narkomaniyaya yox deyirik" devizi altında tədbirlər keçirilib

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024- cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq rayonun ümumi təhsil məktəblərində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı" təbliğat xarakterlı tədbirlər keçirildi. Tədbirlərdə sağlam gələcəyimiz üçün zərərli vərdişlərdən uzaq olmağın sağlamlığımız üçün əhəmiyyətli olduğu, sağlam bədənə və sağlam ruha sahib olmaq üçün, idmanın, mütaliənin, ətrafdakı yaxınlarımızla ünsiyyətin çox vacib olduğu bildirildi. Bu günkü fəaliyyətimimizlə sabahkı günümüzün təməlini qoyuruq. Bu təməlin möhkəm olmasını istəyiriksə mütləq savadlı və dünyagörüşlü gənclər yetişdirməliyik. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.  Tədbirlər "Narkomaniyaya yox deyirik", "Sağlam həyat, sağlam gələcək" devizi ilə  yekunlaşmışdır.


Açar sözlər: