10.06.2021

Rayonun ümumi təhsil məktəblərində müharibə veteranları ilə görüş

Rayonun ümumi təhsil məktəblərində pandemiya qaydalarına uyğun olaraq “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət proqramı" çərçivəsində müharibə veteranları ilə görüşün təşkili” mövzusunda tədbirlər keçirilib. Tədbirlər şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlamışdır. Tədbirlərdə Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı, 44 günlük Vətən müharibəsi dövründə tarixi Zəfərin memarı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qətiyyətli mövqeyi və uzaqgörən siyasəti, Azərbaycan xalqının əzmi, həmrəyliyi, Ordumuzun misli görünməmiş rəşadət və şücaəti haqqında əhatəli məlumat verildi. Daha sonar qeyd edilmişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Azərbaycan gəncliyinin fəaliyyəti üçün yol xəritəsi rolunu oynayır. Bu proqram gəncləri müasir dünyanın tələblərinə uyğun yetişdirməyi hədəfləməklə yanaşı, həm də onların milli-mənəvi dəyərlər, milli dövlətçilik ruhunda formalaşmasını da qarşıya məqsəd kimi qoyub. Gənc nəslin vətənpərvərlik tərbiyəsi, elmi-mədəni inkişafı, beynəlxalq əməkdaşlıq məsələləri, yaradıcı gənclərin ideyalarının dəstəklənməsi, gənclərin sahibkarlıq təşəbbüslərinə diqqət ayrılması, gənclər təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi kimi bir sıra mühüm istiqamətlər Dövlət Proqramının ana xəttini təşkil edir.

Toplantı iştirakçılarının qənaətinə görə Qəhrəmanlıq səlnaməsinin müəllifləri xalqın əyilmış qamətini düzəltmiş, 90-nıncı illərin məğlubiyyətlərindən ruhdan düşmüş Xalqa və onun aparıcı qüvvəsi olan gənclərə yeni nəfəs və güc gətirməklə Vətən torpaqlarının işğalına son qoymuşdur. Tarixi qələbə gənclərimiz üçün müqəddəs bir məktəbdir. Qalib Azərbaycan xalqının övladları bu ruhda tərbiyə almalı və Qəhrəmanlar nəslinin davamçiları olmalıdırlar.

Sonda şagirdlərimiz Vətənə,şəhidlərimizə aid şeirlər ifa etdilər.


Açar sözlər: