10.06.2021

Yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə

Rayonun ümumi təhsil məktəblərində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyat Planı"na uyğun olaraq "Yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və sosial reabilitasiyası sahəsində qeyri hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq" mövzusunda tədbirlər kecirilib.

Tədbirlərdə demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylərin göstərilməsi qeyd edilmişdir. Daha sonra qeyd edilmişdir ki,1998-ci ildə ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz “insan meyarı”nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etmişdir. Məhz bu proqramın tələblərinə uyğun olaraq demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilmişdir. “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Eyni zamanda Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icra vəziyyəti mütəmadi olaraq cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin iştirakı ilə müzakirə edilməsi və uşaq hüquqlarının həyata keçirilməsinin təmin edilməsi, yetkinlik yaşına çatmayanların və gənclərin tərbiyə edilməsi, onların mütərəqqi tələblər əsasında təhsil alması, dövlət və cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi formalaşması üçün normal şəraitin yaradılması dövlət siyasətinin istiqamətlərindən biri olması xüsusi vurğulanmışdır.


Açar sözlər: