10.06.2021

“Gənclər arasında ətraf mühit və mənfi ekaloji tendensiyaların sağlamlığa təsiri” barədə tədbirlər keçirilib

        Rayonun ümumi təhsil məktəblərində “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” çərçivəsində “Gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa təsiri” barədə tədbirlər keçirilib.Tədbirlərdə ətraf mühitin və təbiətin çirklənməsi, dənizlərin, çayların çirklənməsi, ağacların kəsilməsi, ümumilikdə, ətraf mühitin korlanması və insanların sağlamlığına mənfi təsir göstərməsi, gələcək nəsillərin sağlam böyüməsi üçün gənclər tərəfindən təbiətin qorunmasının vacibliyi, yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilməsi qeyd edilmişdir. Dünyada demoqrafik artımla yanaşı istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir.


Açar sözlər: