10.06.2021

Yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib

Təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq "Yol hərəkəti təhlükəsizliyinin təbligat-təşviqatında ictimaiyyət nümayəndələri ilə birgə iştirakçılıga nail olmaq məqsədi ilə televiziya və radio kanallarında,sosial şəbəkələrdə ziyalıların,mədəniyyət-incəsənət xadimlərinin,mütəxəsislərin çıxışlarının təşkil edilməsi" mövzusunda tədbirlər keçirildi.

Tədbirlərdə məktəb rəhbərləri çıxış edərək rəhbərlik etdikləri müəssisələrdə mütəmadi olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlərin, təlim və seminarların təşkil edildiyini bildiriblər. Onlar bu sahədə hər zaman Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlığa böyük önəm verdiklərini qeyd ediblər.Bundan əlavə yol hərəkəti qaydalarının, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında təhsil müəssisələrində müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyü diqqətə çatdırılıb.


Açar sözlər: