10.06.2021

"Narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərin görülməsi"

        Rayonun ümumi təhsil məktəblərində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyəsinə və narkomanlığa qarşı mübarizə"yə dair 2019-2024- cü illər üçün "Dövlət proqramı" çərçivəsində "Narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərin görülməsi" mövzusunda seminar keçirilib.Seminarda tədbirin məsqəd və əhəmiyyətindən danışılıb. Qeyd edilmişdir ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına uyğun olaraq öz üzərinə götürdüyü vəzifələrin öhdəsindən layiqincə gəlir. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb.


Açar sözlər: