10.06.2021

"Fövqəladə hallar uşaqlarin gözü ilə" mövzusu ilə bağlı tədbirlər keçirilib

Rayonun ümumtəhsil məktəblərində Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı çərçivəsində  “Fövqəladə hallar uşaqların gözü ilə” bağlı rəsm müsabiqəsi keçirilib. Meyarlara uyğun hesab edilən əl işləri münsiflər heyəti tərəfindən seçilmiş, fərqlənən məktəblilərə fəxri fərmanlar təqdim olunub. Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsidir. Gələcəkdə belə tədbirlərin genişləndirilməsi vurğulanmışdır.


Açar sözlər: