10.06.2021

Peşəyönümü ilə bağlı məlumatlandırma tədbirləri

        Rayonun ümumi təhsil məktəblərində peşəyönümü ilə bağlı şagirdlərin məlumatlandırılması tədbirləri həyata keçirilmişdir.Tədbirlərdə yuxarı sinif şagirdləri, onların valideynləri və müəllimlər iştirak etmişdir.Tədbirlərdə qeyd edilmişdir ki, ölkə rəhbərinin uğurlu daxili və xarici siyasətui sayəsində ölkəmiz dinamik inkişaf edir və dünya iqtisadiyyatının əhəmiyyətli bir hissəsinə çevrilmişdir.Müasir dünyada qloballaşan iqtisadiyyat şəraitində peşəyönümünü müasir səviyyədə inkişaf etdirilməsi xüsusi əhəmiyyətə malikdir.Ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin peşəyönümü dünyagörüşünün formalaşdırılması üçün məktəblərdə müxtəlif tədbirlər həyata keçirilir.Biznes, turizm və digər peşəyönümü sahələrinə bu sahədə istedadı olan şagirdlərimizin yönləndirilməsi zamanın tələbidir.Məktəblərdə bu istiqamətdə keçirilən tədbirlərin əsas qayəsi və məqsədi hər bir şagirdin öz qabiliyyət və bacarığı üzrə gələcək həyatda öz yerini tutmasına kömək etməkdir.Güclənən iqtisadiyyatımızda bütün sahələr üzrə yaxşı peşə vərdişlərinə və bacarıqlarına malik olan mütəxəssislərinə böyük ehtiyac vardır.Bu sahədə görülən tədbirlər yeniyetmə və gənclərimizin öz həyat yollarının düzgün qurması üçün xüsusi əhəmiyyətə malikdir.


Açar sözlər: