01.10.2021

16 sentyabr 2021-ci il tarixdə ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentlərlə görüş keçirilib.

16 sentyabr 2021-ci il tarixdə pandemiya dövrünün tələbləri gözlənilməklə Masallı şəhər Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentlərlə görüş keçirilib.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri açan Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov məlumat verdi ki, 2020-2021-ci tədrisilində məktəbləri bitirmiş 1473 məzundan 598 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Onlardan 371 nəfəri oğlan, 227 nəfəri qızdır.26 nəfər şagird ali məktəblərə qəbul imtahanlarlında 600-dən yuxarı, 75 şagird isə 500-600 arası bal nəticə göstərmişdir. 600 baldan yuxarı nəticə göstərən 26 şagirdin 16 nəfəri oğlan, 10 nəfəri isə qızdır. Tariyel Əkbərov qeyd etdi ki, pandemiya dövrünə baxmayaraq şagirdlərimiz yüksək nəticə göstərmişlər. Çıxışının sonunda Tariyel Əkbərov yüksək nəticə göstərmiş abituriyentləri təbrik etdi və onlara uğurlar arzuladı.

Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov çıxış edərək tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi təbrik etdilər. Onlara yeni başladıqları tələbə həyatında uğurlar və yüksək nailiyyətlər arzuladılar.

Yüksək bal toplayıb tələbə adını qazanan Nəzrin Həmzalı, Aytac Qafarova, Mirzə Əjdərli. Səfər Cəfərli, şəhid mayor Anar Novruzovun qızı Firuzə Novruzova çıxış edərək göstərilən diqqət və qayğıya, müasir təhsilin nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirdilər.

Eyni zamanda, tələbələr Heydər Əliyev Mərkəzində müstəsna xidmətləri ilə əbədilik qazanmış Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi ilə və məktəblilərin əl işlərindən təşkil olunmuş sərgi ilə tanış olmuşlar.

Tədbirin yekununda 600-dən yuxarı bal toplayan tələbələrə Masallı Rayon İcra Hakimiyyəti Başçısının, ATİAHİ Masallı rayon komitəsinin hədiyyələri təqdim olundu.Sonda tələbələrlə xatirə şəkli çəkdirildi.


Açar sözlər: