14.04.2022

“Ruhumun ünvanı Şuşa!” adlı rəsm müsabiqələri keçirilib.

Təhsil Nazirliyinin 14 mart 2022-ci il tarixli F-134 nömrəli əmrinə uyğun olaraq rayonun ümumi təhsil məktəblərinin şagirdləri arasında “Ruhumun ünvanı Şuşa!” adlı rəsm müsabiqələri keçirilib.

Müsabiqənin məqsədi Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar təbiətini, işğal və inkişaf dövrünü uşaq və gənclərin yaddaşına həkk etmək, milli mədəniyyəti və incəsənəti təbliğ etməkdir. Eyni zamanda xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək və yeni istedadları üzə çıxarmaqdan ibarətdir.


Açar sözlər: