18.04.2022

“Əziz Şuşa,sən azadsan!” adlı inşa müsabiqələri keçirilib.

“Əziz Şuşa,sən azadsan!” adlı inşa müsabiqələri keçirilib.
Təhsil Nazirliyinin 14 mart 2022-ci il tarixli F-134 nömrəli əmrinə uyğun olaraq rayonun ümumi təhsil məktəblərinin şagirdləri arasında “Əziz Şuşa,sən azadsan!” adlı inşa müsabiqələri keçirilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Şuşanın azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar təbiətini, işğal və inkişaf dövrünü uşaq və gənclərin yaddaşına həkk etmək, habelə “Şuşa ili”nin ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir.


Açar sözlər: