20.04.2022

“Şuşa ili”nə  həsr olunmuş “açıq dərslər” keçirilib

“Şuşa ili”nə  həsr olunmuş “açıq dərslər” keçirilib
Təhsil Nazirliyinin 14 mart 2022-ci il tarixli F-134 nömrəli əmrinə uyğun olaraq rayonun ümumi təhsil məktəblərində “Şuşa ili” ilə bağlı “açıq dərslər” keçirilib.

Keçirilən “açıq dərslər”də şagirdlərə Şuşa şəhərinin qədim tarixi, abidələri, memarlıq kompleksləri, füsunkar təbiəti, Şuşanın işğal və işğaldan əvvəlki dövrləri,Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti və Şuşanın işğaldan azad olunması  barədə ətraflı məlumatlar verilib.


Açar sözlər: