Təhsil Nazirliyinin 14 mart 2022-ci il tarixli F-134 nömrəli əmrinə uyğun olaraq rayonun ümumi təhsil müəssisələrində “Şuşa ili” ilə bağlı dəyirmi masalar keçirilib.
Tədbirlər zamanı qeyd edilib ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkədə “Şuşa İli” elan edilmişdir.Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs bir məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.Torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın ayının 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.Ermənistanın məğlubiyyəti ilə nəticələnən Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunmuşdur.