Azərbaycanda Sovet Hakimiyyəti qurulana qədər Masallı ərazi vahidi kimi Lənkəran qəzasının tabeliyində olmusdur. 1930-cu ildən Masallı inzibati rayon kimi fəaliyyət göstərməyə başlamışdır. Rayonda təhsil strukturunun təşkili 1932-ci ilə təsadüf edir. Həmin il Masallı Rayon İcraiyyə Komitəsinin nəzdində Xalq Maarif Şöbəsi yaradılır. Rayon Maarif Şöbəsinin müdiri vəzifəsinə ilk dəfə Ağababa Adığözəlov təyin edilmişdir. Sonrakı illərdə Əhməd Əhmədov, Saleh Zeynalov, Qurban Mürşüdov, Vələhəd Quliyev, Hüseynbala Əhədov, Şirəli Əhədov, Ədalət Nemətov, Nurəddin Məlikov, Astan İbişov bu quruma rəhbərlik etmişlər. Hazırda Masallı RTŞ-nin müdiri Əkbərov Tariyel İntiqam oğludur. Rayonda 66 tam orta, 26 ümumi orta, 3 ibtidai və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Rayonun ümumi təhsil müəssisələrində 30966 şagirdin təlim-tərbiyəsi ilə 2647 müəllim məşğul olur.